DÜNYA


Mobil qurğuların işinə müdaxilə edən dron yaradılıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

“Bishop Fox” şirkətinin direktoru məsafədən qurğuların təhlükəsizlik sistemində boşluq axtarmaq qabiliyyətinə malik “Danger Drone” (Təhlükəli Dron) adlı kvadrakopter konsepsiyasını hazırlayıb.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, onun “Top Gun” (Ən yaxşı atıcı) filmini izlədikdən sonra belə dron yaratmaq ideyası ağlına gəlib. O, uçan və ətrafdakı qurğulara müdaxilə edən cihaz yaratmaq haqda düşünüb.

Amma təhlükəsizlik sahəsi üzrə mütəxəssis insanların məlumatlarının ələ keçirilməsi üçün qurğu yaratmağı planlaşdırmayıb. Əksinə, o, qurğuların təhlükəsizlik sistemində boşluqların axtarışı üçün pilotsuz təyyarədən istifadəni nəzərdə tutub. Mobil qurğulara havadan müdaxilə edən dron “Raspberry Pi” mini kompyuteri əsasında işləyir.

İndi havadan qurğulara müdaxilələr artıb və Braunun sözlərinə görə, “Danger Drone”nun köməyi ilə təhlükəsizlik problemini həll etmək olar. Belə pilotsuz təyyarədən istifadə etməklə “Wi-Fi” şəbəkələrə, mobil qurğulara, kamera və bir çox başqa cihazların işinə müdaxilə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.