İQTİSADİYYAT


Mobil qurğuya pullu proqramlar quraşdıran yeni virus aşkar edilib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

"Doktor Veb" şirkətinin əməkdaşları yeni növ zərərli proqram təminatı aşkar ediblər. Bu proqram qurğuya qurulduqdan sonra “Google Play” tətbiqlər mağazasından pullu mobil proqramları cihaza quraşdırır. Beləliklə, istifadəçinin hesabından pul silinir.

AZƏRTAC “mail.ru” saytına istinadla xəbər verir ki, zərərli mobil proqram “Android.Slicer” adlanır. Bu tətbiq “Google Play”dan yüklənmir: ya kənar saytlardan, ya da troyanlar tərəfindən yüklənir. Zərərli proqram özünü guya smartfonun işini optimallaşdıran tətbiq kimi göstərir. Lazımsız tətbiqləri bağlayaraq qurğunun əməli yaddaşını təmizləməyi təklif edir.

Zərərli mobil proqram quraşdırmadan bir müddət sonra, həmçinin ekranın və ya “Wi-Fi”ın söndürülməsi və yandırılması zamanı smartfonun “IMEI” kodunu, “Wi-Fi” modulunun “MAC” ünvanını, əməliyyat sisteminin versiyasını və istehsalçının adını həmin tətbiqin serverinə göndərir. Zərərli proqram təminatı fərdi məlumatları göndərir, pullu tətbiqləri yükləyir, hətta sistemdə “root” girişi ələ keçirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.