CƏMİYYƏT


Mobil telefon qaçaqmalçılığının qarşısı alınıb

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə 37 ədəd mobil telefon və aksessuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.

Digər bir məlumat əsasında “Sınıq Körpü” gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksessuarlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.