CƏMİYYƏT


Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 2 iyun, AZƏRTAC

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd “Samsung Galaxy J1 mini prime” və 10 ədəd “Samsung Galaxy J1” markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.