CƏMİYYƏT


Mobil telefonun içində heroin aşkar olunub

Bakı, 22 iyun, AZƏRTAC

Mobil telefonun arxa qapağının altından heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb.

Gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.