CƏMİYYƏT


Modern Hospital: Burada piylənmədən əziyyət çəkən insanlar sağlamlığına qovuşur

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, “Hilton Baku” hotelində Modern Hospital tərəfindən təşkil olunan “Biz yaşamağa başladıq” adlı sosial informativ konfrans keçirilib. Konfransda piylənmədən əziyyət çəkən və Modern Hospitalda öz sağlamlıqlarına qovuşan pasiyentlər də iştirak ediblər.

Modern Hospitalın baş həkimi, klinikanın Sağlam Arıqlama Mərkəzinin rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərovun piylənmənin səbəbləri və artıq çəkinin yaratdığı fəsadlara dair məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Baş həkim bildirib ki, müasir dövrdə ən çox gündəmdə olan əməliyyatlardan biri bariatrik metabolik əməliyyatlardır. Piylənmə insanların zaman-zaman ətraf mühitə, qidaya və genetik meyarlara qarşı reaksiyası nəticəsində əmələ gəlir. Xəstəliklərin əlamətlərini müayinə zamanı insanın xarici görünüşündən də müşahidə etmək olar. Artıq çəki ilə mübarizədə isə ən səmərəli yol bariatrik cərrahiyyə əməliyyatıdır.

Bir çox xarici bariatrik cəmiyyətlərlə sıx əlaqə saxladıqlarını və onlarla əlbir işlədiklərini diqqətə çatdıran Taryel Ömərov bildirib ki, Modern Hospitalın əsas məqsədlərindən biri Azərbaycanda piylənmədən əziyyət çəkən insanları sağlam həyata qaytarmaqdır.

Baş həkim vurğulayıb ki, bariatrik cərrahiyyə insan ömrünü orta hesabla10 il uzadır. Əməliyyatdan sonra xəstə bədənin ümumi çəkisindən təxminən 40 faizini itirir. Çəkiitirmə prosesi 1 ildən 1 il 6 aya qədər davam edə bilər. Əməliyyatın uğurlu olması isə xəstənin düzgün müayinəsindən və əməliyyatın düzgün metodikasından asılıdır.

Modern Hospitalda öz sağlamlıqlarına qovuşan pasiyentlərin hər birinin dilindən yalnız bu sözləri eşitmək olardı: “Əməliyyata qədər gündəlik həyatımızda çəkdiyimiz çətinliklərdən bir gün qurtula biləcəyimizi xəyal belə edə bilmirdik. Bu əməliyyat sayəsində sanki bizə ikinci dəfə həyat verildi. Artıq rahatlıqla söyləyə bilərik ki, biz də yaşamağa başladıq!”. Onlar buna görə Modern Hospitalın rəhbərliyinə və şəxsən baş həkim Taryel Ömərova minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar özəl tibb müəssisələrinin də fəaliyyətindən yan keçməyib. Ölkəmizdə fəaliyyət göstərən özəl tibb müəssisələri dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssisələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. Modern Hospitalda müharibə əlilləri, şəhid ailələri, kimsəsizlər və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Burada pasiyentlərə həm yüksək səviyyəli ambulator, həm də stasionar xidmətlər göstərilir. Klinikada bir çox sahələr üzrə cərrahi əməliyyatlar icra olunur.

Modern Hospitalda istənilən cərrahi əməliyyatlar ən yüksək səviyyədə və ən qabaqcıl avadanlıqların köməyi ilə həyata keçirilir. Klinikada Azərbaycanda ilk dəfə olaraq türk həkimlərinin iştirakı ilə pasiyentin qulağında mikroskop vasitəsi ilə cərrahi əməliyyat aparılıb. Bütün uroloji əməliyyatlar Avropa və Amerika uroloji assosiasiyalarının qəbul etdiyi protokollar əsasında həyata keçirilir. Klinika xarici ölkələrin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edir.

Modern Hospitalda olan diaqnostik tibbi avadanlıqlar ən yüksək standartlara cavab verir və əsasən bu sahədə tanınmış Yaponiya, ABŞ, Almaniya, İtaliya şirkətlərinin istehsalıdır. Klinikada olan bəzi diaqnostik tibbi avadanlıq ölkədə yalnız bir neçə tibb müəssisəsində var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsi videoendoskopiya vasitəsi ilə həyata keçirilir. Müayinə zamanı xəstə heç bir xoşagəlməz hisslər keçirmir. Videoendoskopiya mədə-bağırsaq xəstəliklərinin müayinəsində dünyada ən qabaqcıl və ən dəqiq üsul sayılır. Bütün müayinə kompüterin yaddaşında qeyd olunur və müayinəyə xəstə də, müalicə həkimi də baxa bilər. Ümumiyyətlə, endoskopiya kimi qabaqcıl müalicə və müayinə metodu Modern Hospitalda bütün sahələrdə uğurla tətbiq edilir.

Öz peşəkar fəaliyyətinə görə, Modern Hospital 2010-cu ildə "Uğur" milli mükafatına və Azeri Business Avard mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.