Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Modul tipli sutəmizləyici qurğulardan götürülən su nümunələrinin fiziki-kimyəvi göstəriciləri norma daxilindədir VİDEO

Bakı, 25 yanvar, Elvin Camalov, AZƏRTAC

Salyan rayonunun Şəkərli, Cuxanlı, Qardili və Neftçala rayonunun Xıllı kəndlərində əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün quraşdırılan modul tipli sutəmizləyici qurğulara yanvarın 24-də baxış keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, QHT-lərin nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçirilən baxış zamanı məlum olub ki, aidiyyəti qurumlar tərəfindən modul tipli sutəmizləyici qurğulardan analiz üçün götürülən su nümunələrinin bütün fiziki-kimyəvi göstəriciləri norma daxilindədir.

Kür və Araz çayları sənaye çirklənməsinə məruz qaldığı vaxtdan Azərbaycanın sahilboyu kəndlərində keyfiyyətli su olmayıb. Sakinlər suyu duruldub içirdilər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il iyunun 20-də imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində Kür-Araz çayları boyu yerləşən kəndlərdə sutəmizləyici qurğular quraşdırılıb. Təmizlənmiş suyun nümunələri mütəmadi olaraq laboratoriyalarda analiz edilir və suyun keyfiyyətinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olduğu təsdiqlənib.

“Qlobal Eko” İctimai Birliyinin sədri Vəfadar İsmayılov jurnalistlərə müsahibəsində qeyd edib ki, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq qurğuların vəziyyəti ilə bağlı vaxtaşırı müşahidələr aparılır. Qurğularda vəziyyət daim qənaətbəxşdir. Amma təəssüf ki, bəzən insanlar yanlış məlumatlarla çaşdırılır. Bu cür addımlar atan adamlar belə həssas məsələlərdə diqqətli olmalı və yanlış məlumatlara yol verməməlidir deyən V.İsmayılov bildirib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal bu rayonlardakı qurğulara baxış təşkil etdi və biz bu sudan daddıq, onun keyfiyyətinə əlimizdə olan analizlərin cavablarından və əhalinin dediklərindən əmin olduq”.

Daha sonra jurnalistlər Salyanın və Neftçalanın kəndlərinə gələrək sakinlərin modul tipli sutəmizləyici qurğularla bağlı fikirlərini öyrəniblər. Qardili kənd sakini Nazirə Canatova dedi ki, qurğular istifadəyə verilməzdən əvvəl kənd əhalisi Kür çayından axan çirkli sudan istifadə edirdi. Hazırda isə sakinlərin bu problemi aradan qaldırılıb. Qardili kəndinin sakinləri içməli su cəhətdən heç bir problemlə üzləşmir. Buna görə onlar dövlətimizin başçısına təşəkkürlərini bildirirlər.

Cuxanlı kənd sakinləri Gülzar Nağıyeva və Bilqeys Nağıyeva qeyd ediblər ki, əvvəllər sakinlər su götürmək üçün uzun məsafə qət etmək məcburiyyətində idilər. Kür çayından götürülən suyun lilini təmizləmək çətinlik yaradırdı. Hazırda bu problem aradan qaldırılıb. İndi bizim üçün qısa məsafə qət edərək keyfiyyətli su əldə etmək imkanı yaradılıb. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı çatdırırıq.

Kənd sakinlərinin fikirlərini bölüşən Salyan rayonunun Yenikənd bələdiyyəsinin sədr müavini Bəyməmməd Səlimov bildirib ki, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Salyan rayonunun Yenikənd kəndi ərazisində də sutəmizləyici qurğu istifadəyə verilib. Hazırda kənddə 29 bulaq quraşdırılıb və gün ərzində əhali 3 dəfə təmiz içməli su ilə təmin olunur. Suyu təmizləmək üçün bütün zəruri işlər aparılır. Qurğular vasitəsilə Kür və Araz çaylarının və onlardan qidalanan kanalların fiziki-kimyəvi və bioloji çirklənməyə məruz qalmış suları təmizlənərək əhalinin istifadəsinə verilir. İstehsal edilmiş içməli suyun toplanması üçün anbar tikilib. Bu anbarlar kanallarda su olmadıqda əhalinin su ilə təminatını fasiləsiz ödəyə bilir. Salyanın Şəkərli kəndində 2600 nəfər əhali bulaqlar vasitəsilə təmizlənmiş sudan istifadə edir.

Neftçalanın Xıllı kənd sakinləri Şəhrəbanu Əsgərova və İradə Nailova isə artıq sakinlərin çox rahatlıqla təmiz və keyfiyyətli sudan istifadə etdiklərini söyləyiblər. Onlar deyiblər ki, bu vaxta qədər kanaldan götürdükləri çirkli su xəstəlik mənbəyi olub. Bu sudan sakinlərlə yanaşı, uşaq bağçaları və məktəblər də istifadə edib. Ancaq indi uşaqlarımız da, özümüz də təmiz içməli su ilə təmin olunmuşuq. Bu, çox böyük bir nailiyyətdir və dövlətimizin başçısının bizə qayğısının göstəricisidir.

Neftçala rayonu Xıllı bələdiyyəsinin sədri Muxtar Rəsulov bildirib ki, kənddə quraşdırılan qurğu vasitəsilə 25 bulağa su ötürülür. 4200 nəfərə yaxın qəsəbə sakini bu sudan istifadə edir. Hətta rayon mərkəzindən gələrək bizim kənddən təmiz içməli su götürürlər. Azərbaycanda görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən biri də budur. Kənd sakinləri adından Prezidentə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə təşəkkür məktubları göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov deyib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, həmçinin digər müvafiq qurumlar tərəfindən suyun keyfiyyəti mütəmadi olaraq yoxlanılır. İstismara verilən modul tipli sutəmizləyici qurğuların sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyətinin yoxlanılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sonuncu dəfə nazirlik tərəfindən 2016-cı ilin noyabr ayında rəsmi müraciət edilib və Mərkəzin əməkdaşları 54 qurğudan götürülmüş su nümunələrinin laborator analizlərini aparıb və qurumun “Sutəmizləyici qurğuların sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun olması” barədə cavab məktubu Nazirliyə göndərilib. “Su qurğularında istismar prosesi də, əhaliyə verilən içməli suyun keyfiyyəti də standartlar və normalar çərçivəsindədir. Ancaq bəzilərinin son günlərdə qurğuların istehsal etdiyi suyun keyfiyyəti barədə yanlış məlumat yaymasının səbəbi anlaşılan deyil”, - deyə R.Əşrəfov vurğulayıb.

R.Əşrəfov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin 24 rayonunun 384 yaşayış məntəqəsində 376 modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 6143 supaylayıcı məntəqə (bulaq) tikilərək əhalinin istifadəsinə verilib. İstifadəyə verilən 376 modul tipli sutəmizləyici qurğu vasitəsilə hazırda 622 min 966 nəfərdən çox əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunur.

ASC sədri qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarından və vətəndaşlardan daxil olan müraciətlərə əsasən içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulan əlavə 435 yaşayış məntəqəsi müəyyənləşdirilib. Bu il 50 kənddə modul tipli sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulub. Bunun üçün artıq layihə-smeta sənədləri hazırlanıb. 2013-cü ildən etibarən modul tipli sutəmizləyici qurğuların yerli istehsalına başlanılıb. Nazirlik tərəfindən yerli istehsala üstünlük verilib və “Retro İnşaat” MMC-nin istehsalı olan 155 sutəmizləyici qurğu alınaraq kəndlərdə quraşdırılıb.

Modul tipli sutəmizləyici qurğulardan götürülən su nümunələrinin fiziki-kimyəvi göstəriciləri norma daxilindədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO