SİYASƏT


Möhsün Pakayin: İran Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyir

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz dövlət sərhədlərinin dəyişdirilməsinə qarşıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İranın Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri Möhsün Pakayin sentyabrın 19-da Bakıda keçirdiyi mətbuat konfransında söyləyib.

Bu günlərdə Tehranda keçirilən yarışda erməni idmançının geyimində qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nın əks olunmasına münasibət bildirən səfir qeyd edib ki, bu addımın məqsədi Azərbaycan ilə İran arasında yüksək səviyyəli münasibətlərin inkişafına mane olmaqdır. “Biz dərhal buna reaksiya verdik. Bəyanatla çıxış edərək İranın idmandan siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı olduğunu bildirdik. Təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi və bundan sonra erməni idmançılar idman tədbirlərinə xüsusi nəzarət altında buraxılacaqlar. Biz qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımırıq, Azərbaycan torpaqlarının işğalını və separatizmi qəti şəkildə pisləyirik”, - deyə səfir xüsusi vurğulayıb.

Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 22-də Azərbaycanı tərk edəcəyini deyən diplomat ölkəmizdən xoş xatirələrlə ayrıldığını vurğulayıb. O, səfir olduğu müddətdə İranla Azərbaycan arasında əlliyə yaxın sənəd imzalandığını, ikitərəfli münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.

Diplomat ölkəsinə qayıtdıqdan sonra Azərbaycan haqqında xatirələrinə dair kitab yazmaq niyyətində olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.