REGİONLAR


Möhsün Salamzadə: Şəmkir və Göygölün küçələrində alman koloniyaçılarının izləri bu gün də qalmaqdadır

A+ A

Şəmkir, 19 noyabr, Rauf Hacıyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Suraxanı rayonundan qoşulmuşam. Şəmkir və Göygöl şəhərlərinin gəzməli, görməli yerlərində olmuşuq. Hər iki şəhərin küçələrində alman koloniyaçılarının izləri bu gün də qalmaqdadır. Sıra-sıra düzülən alman evləri, cərgə-cərgə əkilən çinar ağacları bu günədək qorunub saxlanılıb.

Bu sözləri Şəmkirə ekskursiya zamanı AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Suraxanı rayonu 87 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Salamzadə Möhsün bildirib.

O deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdaram. Rayonlarda gördüyümüz inkişaf və tərəqqinin təmin edilməsi, gözəlliklərin yaradılması üçün çox böyük zəhmət çəkilib, xeyli iş görülüb. Regionlarımızın belə vüsətli inkişafını görmək hər birimizi sevindirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.