DÜNYA


“Möhtəşəm yüz il” serialının aktyorları Moskvaya gələcəklər

Moskva, 15 iyun, AZƏRTAC

İyunun 16-18-də Moskvanın “Krasnaya presnya” parkında Rusiyada ilk dəfə Türkiyə festivalı keçiriləcək. Moskva sakinləri və şəhərin qonaqlarına türk mədəniyyəti, tarixi, dili və adət-ənənələri barədə məlumat veriləcək.

Festival çərçivəsində keçiriləcək viktorinaların qaliblərini Türkiyə kurortlarına 200 pulsuz putyovka da gözləyir. Parkda qurulacaq Topqapı sarayını xatırladan çadırda qonaqlara osmanlı dövrünün geyimləri nümayiş etdiriləcək, türk mətbəxinə dair ustad dərsləri keçiriləcək. Uşaqlar isə Türkiyəni “Qaragöz” kukla teatrının tamaşalarına baxa biləcəklər. Festivala məşhur türk musiqiçi və aktyorlarının, o cümlədən “Möhtəşəm yüz il” serialının aktyorlarının gələcəyi gözlənilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.