MƏDƏNİYYƏT


Moldova Azərbaycanlıları Konqresi Kişineuda keçiriləcək etnofestivalda iştirak edəcək

A+ A

Kişineu, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Moldovanın paytaxtında “Müxtəliflik vəhdətin rəhnidir” XV respublika etno-mədəni festivalı keçiriləcək. Milli azlıqların bayramında Moldova Azərbaycanlıları Konqresi də iştirak edəcək.

Həmişəki kimi, bütün tədbirlər Böyük Ştefan adına mərkəzi şəhər parkının xiyabanlarında olacaq. Kişineu sakinləri və qonaqları kitab yarmarkalarına, bədii-tətbiqi incəsənət, milli geyim və milli mətbəx sərgilərinə, rəsm və əl işləri ekspozisiyasına, eləcə də etnik-mədəni təşkilatların bədii kollektivlərinin iştirakı ilə ədəbi-musiqili tamaşaya dəvət olunurlar.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.