SİYASƏT


Moldova Dövlət İnformasiya Agentliyi Ermənistan ordusu tərəfindən Azərbaycanın  mülki şəxslərinin qətlə yetirilməsindən yazıb

Kişinyov, 13 iyul, AZƏRTAC

Moldova Dövlət İnformasiya Agentliyində erməni silahlı birləşməsi tərəfindən qətlə yetirilən Azərbaycanın mülki şəxsləri ilə bağlı yazı yerləşdirilib.

Yazıda Moldova Azərbaycanlıları Konqresinin Füzulinin Alxanlı kəndində ermənilər tərəfindən öldürülən mülki şəxslərlə bağlı bəyanatı yer alıb.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın mülki şəxslərinin öldürülməsi erməni silahlı birləşmələrinin növbəti təxribatıdır.

“Azərbaycanın mülki şəxslərinə qarşı hücum beynəlxalq humanitar hüququn və insan haqlarının, o cümlədən 1949-cu ildə qəbul olunan Cenevrə konvensiyası və BMT-nin uşaq hüquqlarına dair konvensiyasına ziddir”, - deyə Moldova Azərbaycanlıları Konqresinin bəyanatında bildirilir.

Yazıda vurğulanır ki, Moldovada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i Ermənistanın bu vəhşiliyinə qarşı konkret addımlar atmağa çağırıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.