RƏSMİ SƏNƏDLƏR


Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriudan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan qürur duymağa haqqı olan ölkədir.

Dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ümummilli lider Prezident Heydər Əliyev tərəfindən başlanmış düzgün siyasət və şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş, qurucu, müasir siyasət sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, təbabət, tikinti, yollar salınması, idman və başqa sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib. Müstəqil Azərbaycanın nailiyyətləri, dünyanın bir sıra qabaqcıl ölkələri ilə sağlam rəqabət aparan ölkəyə çevrilməsi dövlətə necə rəhbərlik etmək lazım olduğunu göstərən parlaq nümunədir. Azərbaycan özünün uğurlu multikulturalizm modelinə, millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternativi olan modelə malik ölkədir. “Azərbaycanın multikulturalizm modeli dövlət siyasəti səviyyəsinə çatdırılıb. Bu model bütün dünyada öyrənilməli və təbliğ edilməlidir”. Bu yaxınlarda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda belə deyilib. Qeyd etmək istəyirəm ki, Sizin ölkənizin başlıca sərvəti xalqdır. Bu, ən müxtəlif millətlərdən olan, Sizin gözəl ölkənizdə yaşayan və özlərini qürurla azərbaycanlı adlandıran qonaqpərvər, səxavətli və gülərüz insanlardır.

Dövlət Müstəqilliyi Günün mübarək, Azərbaycan!

Bayramınız mübarək, hörmətli İlham Əliyev!

Hörmətlə,

 

Aureliya Qriqoriu

Moldova İctimai Palatasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır