DÜNYA


Moldova MSK prezident seçkilərinin ikinci turu üçün seçki bülletenləri çap etməyə başlayıb

A+ A

Kişineu, 5 noyabr, AZƏRTAC

Bu gün, noyabrın 5-də Moldovada prezident seçkilərinin ikinci turu üçün seçki bülletenləri çap edilməyə başlanıb. AZƏRTAC Moldovanın Actualitati.md portalına istinadla xəbər verir ki, bülletenlər “Mərkəzi mətbəə” dövlət müəssisəsində çap edilir.

Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq, seçkilərdə rəqiblərin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və akkreditə edilmiş müşahidəçilər bu tədbirdə iştirak edə bilərlər.

Xatırladaq ki, Moldovada Prezident seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.