DÜNYA


Moldova MSK: xaricdə olan ölkə vətəndaşları qeydiyyatdan keçməlidir

A+ A

Kişineu, 9 iyul, AZƏRTAC

AZƏRTAC “infotag.md” portalına istinadla xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası (MSK) xaricdə olan vətəndaşlarını qarşıdakı prezident seçkilərində iştirak etmək üçün on-line qaydada qabaqcadan qeydiyyatdan keçməyə çağırıb.

MSK-nın məlumatına görə, xaricdə olan səsvermə hüquqlu Moldova vətəndaşları saytın “öncədən qeydiyyat” rubrikasındakı qeydiyyat formulyarını və elektron bəyannaməni doldurmalıdır. Bundan sonra onların elektron poçtuna qeydiyyatdan keçməni təsdiqləyən məktub gələcək.

Qeydiyyat seçkilərdən 40 gün əvvəl başa çatacaq. Bu, MSK-ya ölkədən xaricdə harada daha çox seçki məntəqəsi açmağın zəruri olduğunu aydınlaşdırmağa imkan verəcək. Sayt vasitəsilə qeydə alınan bütün seçicilər 2016-cı ilin prezident seçkilərində Moldovadakı yaşayış yeri üzrə seçki siyahısından çıxarılacaq. İlkin qeydiyyat nəticəsində toplanan məlumatlar müstəsna olaraq seçkilərin təşkili və keçirilməsi üçün emal olunacaq.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.