RƏSMİ XRONİKA
Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən
Zati-aliləri,
Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Nikolaye Timofti
Moldova Respublikasının Prezidenti