Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə bütün Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik etməkdən xüsusi məmnunluq duyuram.

Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə kömək edəcək.

Zati-aliləri, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Nikolaye Timofti

Moldova Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin