RƏSMİ SƏNƏDLƏR


Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

A+ A

Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır