DÜNYA


Moldova hökuməti ölkənin informasiya təhlükəsizliyi konsepsiyası haqqında qanun layihəsini təsdiq edib

A+ A

Kişineu, 6 oktyabr, AZƏRTAC

Moldova Nazirlər Kabineti müasir informasiya texnologiyaları inkişaf etdikcə ölkənin informasiya təhlükəsizliyi konsepsiyasına zərurətin durmadan artmasını nəzərə alaraq, belə bir konsepsiya haqqında qanun layihəsini təsdiq edib.

AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir ki, Konsepsiyanın layihəsi informasiya və təhlükəsizlik xidməti tərəfindən “Moldova Respublikasının informasiya təhlükəsizliyi sistemini möhkəmləndirmək və milli təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə aparmaq məqsədilə” işlənib hazırlanıb. Bu halda əsas təhdid mənbəyi “informasiyanın qanunsuz yollarla toplanması və ondan istifadə edilməsi”, habelə “informasiya resurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsinə yönəlmiş qeyri-qanuni fəaliyyət”dir. Qanunda “informasiya silahı” və “informasiya müharibəsi” anlayışları da izah edilir.

Konsepsiya layihəsində informasiya təhlükəsizliyi üçün əsas təhdidlər müəyyən edilir və onlar təsir obyekti kimi təsnif olunur. Xarici təhdid mənbələri arasında transmilli kibercinayətkarlıq, beynəlxalq cinayətkar təşkilatların, qrupların və ya ayrı-ayrı şəxslərin şəbəkə resurslarından və informasiyadan icazəsiz istifadə imkanı əldə edilməsinə yönəlmiş fəaliyyəti, habelə beynəlxalq terrorçu və ekstremist təşkilatların fəaliyyəti sadalanır.

Bundan əlavə, həmin təhlükələrin daxili və xarici mənbələri qeyd edilib. Sənəddə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair geosiyasətin tətbiqi üzrə təxirəsalınmaz tədbirlər göstərilib.

Qanun layihəsi təsdiq edilmək üçün parlamentə göndəriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.