DÜNYA
Moldova müstəqilliyinin 25 illiyini bayram edir
Kişineu, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Moldova Respublikası müstəqilliyinin elan olunmasının 25 illiyini qeyd edir.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, bayram tədbirləri ölkə rəhbərliyi tərəfindən “Əbədiyyət” döyüş şöhrəti memorialında “Ana fəryadı” abidəsi və Kişineunun mərkəzində Ştefan Çel Mare abidəsi önünə gül qoyulması ilə başlanacaq. Sonra paytaxtın mərkəzi meydanında hərbi parad olacaq. Günorta Moldova ifaçılarının iştirakı ilə “Ölkəm, sənin üçün” şüari ilə milli geyim paradı keçiriləcək. Axşam isə atəşfəşanlıq və Moldovanın “Zdob si Zdub” rok qrupu və “Flash” şou-baletinin iştirakı ilə konsert olacaq.
Bayram ərəfəsində Etnoqrafiya və Təbiət Tarixi Muzeyində “Müstəqil Moldova” adlı numizmatika və filateliya sərgisi açılıb. Milli Tarix Muzeyində isə “Müstəqil Moldova” adlı fotosərgi açılıb. Burada 180-dən çox fotoşəkil, numizmatika və filateliya nümunələri, tarixi sənədlər, hərbi geyim nümayiş etdirilir.
Bayram tədbirləri Moldovanın regionlarında da keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]