CƏMİYYƏT


Moldova nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycana rəsmi səfərə gələn Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə tər güllər düzülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanına gələn moldovalı qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri qoyublar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr ediblər. Nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.