DÜNYA


Moldova parlamenti hökumətə etimadsızlıq votumunu dəstəkləməyib

A+ A

Kişineu, 27 iyul, AZƏRTAC

Moldova parlamenti deputatlarının çoxu müxalifət partiyalarından olan bir qrup deputatın təşəbbüsü ilə Pavel Filip hökumətinə etimadsızlıq votumunun ifadə olunmasına dair qətnaməni iyulun 27-də qəbul etməyib.

AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir ki, Baş nazir Pavel Filip müxalifətin irəli sürdüyü ittihamlarla razılaşmayıb.

P.Filip hökumətinə etimadsızlıq votumunun ifadə olunması haqqında qətnaməni 30 deputat dəstəkləyib. Qətnamə lazımi qədər səs toplamadığı üçün parlament tərəfindən qəbul edilməyib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.