DÜNYA


Moldova prezidenti seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək

A+ A

Kişineu, 2 noyabr, AZƏRTAC

Moldova Mərkəzi Seçki Komissiyasına oktyabrın 30-da prezident seçkilərinin birinci turu zamanı ölkədə və onun hüdudlarından kənarda açılmış bütün seçki məntəqələrindən səslərin 100 faizinin hesablanması ilə bağlı məlumat daxil olub.

AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, Moldovada və xarici ölkələrdə açılmış 2081 seçki məntəqəsindən informasiya daxil olub. Sosialistlər Partiyasının lideri İqor Dodon seçicilərin səslərinin 47,98 faizini (680550 səs) toplayaraq birinci yeri tutub. İkinci turda onun rəqibi 38,71 faiz səslə (549152 səs) “Fəaliyyət və həmrəylik” Partiyasının sədri Mayya Sandu olacaq.

Moldova dövləti başçısı seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.