DÜNYA
Moldovada prezident seçkilərinin ikinci turu keçirilir
Kişineu, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı vəzifəsinə Sosialistlər Partiyasının sədri İqor Dodon və sağçı qüvvələrin vahid namizədi, “Fəaliyyət və həmrəylik” partiyasının lideri Mayya Sandu iddia edir.
İkinci turda seçicilərin səsvermədə iştirakı ilə bağlı zəruri hədd yoxdur. Bu turda daha çox səs toplayan namizəd qalib gələcək. Əgər səslər bərabər bölünərsə, birinci turda daha yaxşı nəticə qazanmış İqor Dodon prezident seçilmiş hesab ediləcək.
Səsvermə prosesini ATƏT-i, Avropa Birliyini, MDB-ni və başqa təşkilatları təmsil edən 500-dən çox beynəlxalq müşahidəçi izləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]