DÜNYA


Moldovada prezident seçkilərinin liderləri məlum olub [YENİLƏNİB]

A+ A

Kişineu, 31 oktyabr, AZƏRTAC

Son məlumata görə, Moldova prezidenti seçkilərində İqor Dodon 48,23 faiz, Mayya Sandu isə 38,42 faiz səs toplayıb.

AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, beləliklə, prezident seçkilərinin noyabrın 13-də keçiriləcək ikinci turunda Moldova vətəndaşları bu iki namizəddən birinin xeyrinə seçim edəcəklər.

 

11:15

Xəbər verildiyi kimi, oktyabrın 30-da Moldovada ilk dəfə birbaşa prezident seçkiləri keçirilib. 

AZƏRTAC Moldova KİV-lərinə istinadla bildirir ki, Moldova Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin 98 faizini işləyib. Məlum olub ki, İqor Dodon 48,72 faiz, Mayya Sandu isə 37,94 faiz səs toplayıb.

Əgər namizədlərdən heç biri seçicilərin ən azı yarısının səsini toplamasa, iki həftədən sonra seçkilərin ikinci turu keçiriləcək. Həmin turda vətəndaşlar birinci turda ən çox səs toplamış iki namizəddən birinin xeyrinə seçim edəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.