İQTİSADİYYAT


Moldovalı Ombudsman Bakı Şopinq Festivalına qatılacaq

Bakı, 19 aprel, AZƏRTAC

Tez-tez Azərbaycanın qonağı olan Moldova İctimai Palatasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriu Bakı Şopinq Festivalında (Baku Shopping Festival) iştirak etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, festivalın rəsmi saytına müsahibəsində xanım festivalın işinə uğurlar arzulayıb və bu tədbirin Azərbaycana investisiya cəlb edilməsi üçün yaxşı fürsət olduğunu bildirib. Bundan başqa, Aurelia Qriqoriu “Tax Free” sisteminin ölkəyə turist, həmçinin şopinq-turlar təşkil edən şirkətləri cəlb etmək üçün imkan yaratdığını söyləyib.

Onun sözlərinə görə, aprelin 23-26-sı tarixlərində Bakıda səfərdə olacaq və mütləq festivala qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.