MƏDƏNİYYƏT


“Molla Nəsrəddin-Azərbaycan-2016”  Beynəlxalq Karikatura Müsabiqəsi keçirilir

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” Beynəlxalq Karikatura Müsabiqəsi keçirir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

AZƏRTAC Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin rəsmi saytına istinadla xəbər verir ki, builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər bir rəssam 2-5 karikatura göndərə bilər. Karikaturaları oktyabrın 15-dək 300 “dpi”, “jpg” formatında [email protected] ünvana göndərmək lazımdır. Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.