MƏDƏNİYYƏT


Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 148 nömrəli orta məktəbdə M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “XVIII əsrin mütəfəkkir şairi” adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd olunub ki, Molla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında mühüm xidmətləri olan şairdir.

Vurğulanıb ki, 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin keçirilməsinə dair təkliflər qəbul olunub. Bu münasibətlə Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilir və ölkəmizin bütün mədəniyyət ocaqları bu təşəbbüsə qoşulub.

Sonra şagirdlərin ifasında M.P.Vaqifin əsərlərindən nümunələr səsləndirilib, kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.