İDMAN


Mönhenqladbax təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC

Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun rəhbərliyi baş məşqçi Andre Şuberti istefaya göndərib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, çalışdırıcının qovulmasında başlıca səbəb Mönhenqladbax təmsilçisinin çempionatın ardıcıl iki matçında uduzması olub.

2015-ci ildən komandaya rəhbərlik edən Andre Şuberti bu klubda əvəzləyəcək şəxsin kimliyi yaxın vaxtda açıqlanacaq.

Hazırda 16 turdan sonra aktivində 16 xal olan “Borussiya” komandası 14-cü pillədə yer alır. Bu mövsüm UEFA Çempionlar Liqasında mübarizəyə başlayan və qrupda çıxışını başa vurduqdan sonra Avropa Liqasına düşməyi bacaran Mönhenqladbax təmsilçisi onaltıdabir final mərhələsində “Fiorentina” (İtaliya) ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.