DÜNYA


Monqolustan tuqriki avqust ayı üzrə dünyanın ən pis pul vahidi olub

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Monqolustanda yaşanan iqtisadi böhran ölkənin milli valyutasına öz təsirini göstərir.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, Monqolustanın milli valyutası tuqrik avqustda dollar qarşısında dəyərini 7,8 faiz itirib. Avqustun 16-na tuqrikin məzənnəsi 1 ABŞ dollarına qarşı 2,243.50 tuqrikədək aşağı düşüb. Bu ilin əvvəlindən isə tuqrik dəyərini 11 faiz itirib. Bununla əlaqədar olaraq tuqrik "Bloomberg" ekspertləri tərəfindən izlənilən 154 dünya valyutası arasında ən pis pul vahidi müəyyən olunub.

Enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi, Çində iqtisadi tənəzzülün baş verməsi, xarici investisiyaların səviyyəsinin azaldılması Monqolustanda miqyaslı iqtisadi böhrana səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.