İQTİSADİYYAT


Monteneqroda fəaliyyət göstərən Azərbaycan bankı adını dəyişib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu ilin iyunundan Monteneqroda fəaliyyət göstərən Azərbaycan kapitallı "Azmont bank" adını "Nova bank"a dəyişib.

Bu barədə AZƏRTAC “bankanpro.ru” saytına istinadla xəbər verir.

Qeyd edək ki, Bank "Azmont Investments" layihəsinin azərbaycanlı investoru və "Azerbaijan Global Investments" (AGI) şirkəti tərəfindən təsis edilib. Maliyyə müəssisəsinin məcmu kapitalı 11,98 milyon avrodur. Mənzil-qərargahı Podqoritsa şəhərində yerləşir.

"Azmont İnvestments" Boka-Kotor buxtasında yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsini reallaşdırır. Kompleks 26 hektar ərazini əhatə edir. Kompleksin tərkibinə "One&One" oteli, Spa-mərkəz, yaxtalar üçün liman, villalar, evlər, mağaza və restoranlar daxildir. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.