SİYASƏT
Monteneqronun Baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri
Milli Məclisdə Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Görüşdə Oqtay Əsədov Azərbaycan-Monteneqro münasibətlərindən danışıb. Bildirilib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdəki əlaqələr inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına töhfəsini verir.
Milli Məclisin sədri ölkələrimizin parlamentləri arasında da münasibətlərin daha da inkişafının vacibliyini vurğulayıb. Sədr beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinin mövqeyini dəstəklədiyini bildirib.
Baş nazir Milo Cukanoviç Monteneqro ilə Azərbaycan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyib. O, siyasi əlaqələrlə yanaşı, iqtisadi və investisiyaların yatırılması sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğunu qeyd edib. Ölkələrimiz arasında hüquqi bazanın genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyini bildirən Baş nazir humanitar sahədə də əlaqələrin inkişafı üçün əlverişli imkanlar yarandığını deyib. Baş nazir Milo Cukanoviç möhkəm təmələ əsaslanan Azərbaycan-Monteneqro əlaqələrinin bundan sonra da inkişaf edəcəyini bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.