SİYASƏT
Monteneqronun Baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri başa çatıb
Bakı, 20 sentyabr (AZƏRTAC). Monteneqronun Baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri sentyabrın 20-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Milo Cukanoviçi Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar