İQTİSADİYYAT


“Moody's” “ABB-Moskva”nın reytinqini yüksəldib

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə artırıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

Bu reytinq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Azərbaycan hökumətinin banka dəstəyindən sonra “ABB-Moskva”nın getdikcə güclənən mövqeyi ilə bağlı “Moody's”in rəyini əks etdirir. Bu ilin ikinci rübündə “ABB-Moskva”nın nizamnamə kapitalının 2 milyard rubla qədər artırıldığı, beləliklə, bankın kapitalının 70 faiz genişləndiyi qeyd edilir. Agentliyin rəyinə əsasən, sentyabrın 1-nə “Bazel III” normativləri üzrə “ABB-Moskva”nın məcmu kapitalının adekvatlığı (Н1.0) və 1-ci dərəcəli kapitalın nisbəti (Н1.2) 22,4 faiz və müvafiq olaraq 8,3 faiz artıb ki, bu da Rusiya Federasiyası Mərkəzi Bankının tələblərindən yüksəkdir.

“Moody's”in eskpertləri ümid edir ki, Azərbaycan Beynəlxalq Bankının kapital artımı və aktivlərinin sağlamlaşdırılması yaxın 12-18 ayda da davam etdiriləcək. Problemli kreditlərinin azalmasına, mənfəətliyinin bərpasına, eləcə də Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinin yüksəlməsinə müvafiq olaraq “ABB Moskva”nın reytinqi daha da yüksələ bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.