İQTİSADİYYAT


Moody's “Bank of Baku”nun reytinqini təsdiqləyib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Moody's beynəlxalq reytinq agentliyi bu il yanvarın 1-dən iyulun 1-dək “Bank of Baku”nun reytinqinin stabil qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, agentliyin açıqlamasında qurumun kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda, gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib. Bankın iyulun 1-nə olan maliyyə göstəricilərinə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 19,5 faiz təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10 faiz tələbindən yüksəkdir. Moody's agentliyi bildirir ki, bank qeyri-işlək kreditlərə 100 faizdən artıq ehtiyat yaradıb, eyni zamanda, ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9,3 faizini təşkil edib.

Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq bank 2015-ci ilin 2-ci rübündən etibarən diqqəti əməliyyat xərclərinin optimallaşdırılmasına cəmləşdirib. Qeyd olunanları nəzərə alaraq, Moody's bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.