İQTİSADİYYAT


Moody's öz əməkdaşının Maliyyə Nazirliyinin ünvanına söylədiklərinə aydınlıq gətirib

Bakı, 26 may, AZƏRTAC

Moody's öz əməkdaşının Maliyyə Nazirliyinin ünvanına söylədiklərinə aydınlıq gətirib.

Bir neçə dəqiqə bundan əvvəl Moody's beynəlxalq reytinq agentliyi tərəfindən rəsmi açıqlama dərc olunub.

AZƏRTAC həmin açıqlamanı Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla təqdim edir:

Moody's beynəlxalq reytinq agentliyi aydınlıq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

Moody's beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığını şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.