DÜNYA


Moqadişoda otelə hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

A+ A

Bakı, 25 yanvar, AZƏRTAC

“Əş-Şəbab” yaraqlılarının Somalinin paytaxtı Moqadişoda yerləşən “Dayah” otelinə hücumu nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə France-Press agentliyi tibb işçilərinə istinadla məlumat yayıb. Təcili yardım xidmətinin rəhbəri Abuqadir Adbiraxma agentliyə bildirib ki, onlar 28 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını qeydə alıblar. Bundan əlavə, digər təcili yardım maşınları da hadisə yerindən yaralıları aparıblar və onların sayı məlum deyil.

Xatırladaq ki, yanvarın 25-də otelin qarşısında bir-birinin ardınca iki minalanmış avtomobil partladılıb. Bundan sonra yaraqlılar otelə daxil olub və atışma başlayıb.

Əsasən siyasətçilərin, hökumət nümayəndələrinin və biznesmenlərin qaldığı “Dayah” oteli Somali parlamenti binasının yaxınlığında yerləşir. Hücum zamanı burada parlamentin 20 üzvü olub. Onlardan heç birinin xəsarət almadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.