DÜNYA


Moqadişoda otelə hücum zamanı azı 14 nəfər ölüb

Bakı, 25 yanvar, AZƏRTAC

“Əş-Şəbab” yaraqlılarının Somalinin paytaxtı Moqadişoda yerləşən “Dayah” otelinə hücumu nəticəsində azı 14 nəfər həlak olub, 25 nəfər yaralanıb.

AZƏRTAC Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, hücum zamanı oteldə Somali parlamentinin 20 üzvü olub. Onlardan heç birinin xəsarət almadığı bildirilir.

Xatırladaq ki, yanvarın 25-də “Dayah” otelinin qarşısında iki minalanmış avtomobil partladılıb. Bundan sonra yaraqlılar otelə daxil olub və atışma başlayıb. Əsasən siyasətçilərin, hökumət nümayəndələrinin qaldığı bu otel Somali parlamentinin yaxınlığında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.