DÜNYA


Moqadişoda törədilən partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb VİDEO

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Somalinin paytaxtı Moqadişoda prezident iqamətgahının qarşısında törədilən partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 30-da Somalinin paytaxtı Moqadişo şəhərində yerləşən prezident iqamətgahının qarşısında bomba yüklənmiş avtomobil partladılıb. İnsidentin baş verdiyi əraziyə yaxın olan iki hotel binası qismən dağılıb. Partlayışın ardından atışma səsləri eşidilib.

Hadisənin məsuliyyətinin ölkədə fəaliyyət göstərən “Əş-Şəbab” qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.