DÜNYA


Moraviyada Austerlits döyüşü yenidən səhnələşdirilib

Praqa, 5 dekabr, AZƏRTAC

Ötən istirahət günləri Çexiyanın Brno vilayətinin Tvarojna qəsəbəsində Austerlits (Slavkov) ətrafında döyüş səhnələşdirilib. Bu vuruşmanın yenidən canlandırılan ayrı-ayrı səhnələrinə 11 mindən çox tamaşaçı baxıb. Napoleonun çoxsaylı ordu üzərində qələbəsi ilə başa çatan bu döyüşün 211-ci ildönümü münasibətilə onun səhnələşdirilməsi prosesində hərb tarixi klublarının mindən çox üzvü, 60 süvari iştirak edib, 15 topdan istifadə olunub. Bu barədə tədbirin təşkilatçıları adından Miroslav Yandora məlumat verib.

Austerlits döyüşü sonuncu dəfə bu tarixi hadisənin 200 illiyi şərəfinə 2005-ci ildə səhnələşdirilmişdi. On bir il əvvəlki kütləvi tamaşaya 35 mindən çox tamaşaçı baxmışdı.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.