DÜNYA


Moskva ABŞ-a Rusiyadakı diplomatların sayını azaltmağı təklif edib

Bakı, 28 iyul, AZƏRTAC

Rusiyanın Xarici İşlər Nazirliyi Vaşinqtona sentyabr ayına qədər Rusiyadakı diplomatlarının sayını azaltmağı təklif edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vaşinqtona Rusiyada 455 səfirlik və konsulluq əməkdaşını saxlamaq tövsiyə olunub. Hazırda ABŞ-da da bu qədər rusiyalı diplomat var.

“Bizim ABŞ-dakı diplomatlarımızın sayının azaldılması üzrə Amerika hökumətinin yeni birtərəfli fəaliyyətinə adekvat cavab veriləcək”, - deyə XİN-dən bildiriblər. Lakin Moskva diplomatik nümayəndələrdən konkret olaraq kimin ölkəni tərk etməsi barədə ABŞ qarşısına konkret tələb qoymayıb. XİN-in hesablamasına görə, hazırda Rusiyada 600-700 civarında amerikalı diplomat fəaliyyət göstərir.

Həmçinin avqust ayından ABŞ səfirliyi Moskvadakı Serebryanıy Bordakı bağ evindən və Dorojnı küçəsindəki anbarlardan istifadə edə bilməyəcək. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın maraqlarına təsir edə biləcək digər tədbirləri görmək hüququnu özündə saxladığını da qeyd edib.

Bu qərar ABŞ konqresinin Rusiya əleyhinə yeni sanksiyaları dəstəkləməsi fonunda qəbul edilib. Nazirlik sənədin qəbulunu ”xarici tərəfdaşların Rusiya ilə qarşılıqlı əlaqəsini məhdudlaşdırmaq üçün şantaj” adlandırıb.

Xatırladaq ki, iyulun 27-də ABŞ senatı KXDR, İran və Rusiya əleyhinə sanksiyalar barədə qanun layihəsini qəbul edib. Bundan sonra sənədi ona veto qoymaq hüququ olan Prezident Donald Tramp imzalamalıdır. Vetodan yan keçmək üçün isə hər palatada səslərin 2/3-si kifayət edir.

Əsasən Rusiyanın energetik sektoruna aid olan yeni məhdudiyyətlər paketi 2014-cü ildən bəri ən miqyaslısı sənəd kimi səciyyələndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.