SİYASƏT


Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru:ÜAK ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin mühüm məsələlərini həll edir

Moskva, 20 may, AZƏRTAC

Rusiya ilə Azərbaycan arasında dostluq çox vacib məsələdir və bu dostluq Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) kimi ictimai təşkilat şəklində dəstəklənməlidir. ÜAK Rusiya ərazisində ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin mühüm məsələlərini həll edir.

Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Nataliya Krasovskaya bu fikirləri RF Ali Məhkəməsinin qərarına əsasən ÜAK-ın qeydiyyatının ləğv olunmasını şərh edərək söyləyib.

Onun sözlərinə görə, hələ bu təşkilatın lisenziyasını bərpa etməyə imkan var. N.Krasovskaya deyib: “İndi çox mürəkkəb vəziyyət yaranıb. Təbii ki, bu məsələ RF hüquq məkanında həll edilməlidir. Hələ apellyasiya məhkəməsinə müraciət etmək mümkündür. Keyfiyyətli, savadlı apellyasiya hazırlamaq və ali instansiyanın müsbət qərarını almağa çalışmaq lazımdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.