Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə Sizi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan olan bütün yoldaşlarınız adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

55 yaş ömrün elə çağıdır ki, insan artıq çox iş görüb, onun nələrə nail olması aydındır, lakin bununla belə yeni uğurlar qazanmaq üçün hələ çoxlu vaxtı və qüvvəsi qalıb.

Siz həm Azərbaycan üçün, həm də dünyanın digər liderləri sırasında həqiqətən nadir rəhbərsiniz. Siz əvvəlki nəsillərin təşəbbüslərini inkişaf etdirməyə, çoxmillətli dünyəvi dövlətin bünövrəsi üzərində müasir cəmiyyət, inkişaf etmiş iqtisadiyyat qurmağa nail olmusunuz. Bunlar Azərbaycanı obyektiv olaraq Avrasiya məkanında ən çox nəzərəçarpan dövlətlər sırasına gətirib çıxarıb.

Sizin Vətənə sədaqətiniz, peşəkarlığınız təqlid edilməyə layiq olan, çox vaxt heyranlıq doğuran şəxsi keyfiyyətlərinizlə daim uzlaşır. Sizin ailənizi, övladlarınızı yaxşı tanıyıram. Mənə belə gəlir ki, onlar Sizin ən yaxşı keyfiyyətlərinizi qəbul edib, Əliyevlərin yaşlı nəslinin əfsanəvi ənənələrini qoruyub saxlayırlar.

Mən, MDBMİ-nin rektoru kimi, bizim təşəbbüslərimizi, o cümlədən İnstitutumuzun məzunlarının dünya forumlarını dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Bu ilin payızında Bakıda görüşümüzə ürəkdən sevindim və əminəm ki, nəzərdə tutduğumuz planlar uğurla həyata keçəcək.

Sizə, yaxınlarınıza bir daha cansağlığı, firavanlıq, qardaş Azərbaycana əmin-amanlıq arzularımı qəbul edin.

 

Hörmətlə,

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin