ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü təşkil edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, abituriyentlərin iştirak etdikləri tədbirdə MDU-nun Bakı filialının prorektoru, professor Azad Tağıyev təhsil müəssisəsinin fəaliyyətindən danışıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri bu ali məktəbin Bakı filialının fakültələri, təhsil pillələri (bakalavriat, magistratura və s.), qəbul qaydaları, tədris proqramları və s. barədə ətraflı məlumat veriblər.
Abituriyentlər filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya və iqtisadiyyat fakültələrində kadr hazırlığı barədə ətraflı məlumat əldə ediblər.
Sonra MDU-nun Bakı filialına qəbul olunmaq istəyən gənclərin sualları cavablandırılıb.