CƏMİYYƏT


Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi abituriyentləri 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış etməkdir. “Açıq qapı” günündə abituriyentlər MDU–nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə edəcəklər.

Tədbir saat 14:00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 ünvanında (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.