MƏDƏNİYYƏT


Moskva Dövlət Universitetinin akademik xoru həmvətənimizin bədii rəhbərliyi ilə çıxış edəcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

M.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xoru noyabrın 26-da Rusiya Hərbi Dəniz Donanmasının N.A.Rimski-Korsakov adına mərkəzi nümunəvi konsert orkestri ilə birgə çıxış edəcək. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında təşkil ediləcək xorun bədii rəhbəri və baş dirijoru həmvətənimiz, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Mirzə Əsgərovdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin akademik xorunun və Moskva Dövlət Konservatoriyasının saytlarında məlumat yerləşdirilib.

M.Əsgərov əslən Bakıdan olsa da, valideynləri Dərbəndə köçdüyü üçün bu şəhərdə dünyaya gəlib. Moskva Dövlət Universitetinin akademik xoru onun rəhbərliyi ilə beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub, bir sıra diplomlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.