ELM VƏ TƏHSİL


Moskva Dövlət Universitetinin rektoru ali məktəbin filialları barədə Rusiya Prezidentinə məlumat verib

A+ A

Moskva, 10 yanvar, AZƏRTAC 

Bizim Bakı filialımız üçün ayrıca kampus inşa edilib və o, Azərbaycanın ən yaxşı universiteti sayılır. Burada 6 fakültə fəaliyyət göstərir, 500 tələbə təhsil alır.

Bu fikirləri Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə bildirib.

Rektor Rusiya Prezidentinə məlumat verib ki, MDU-nun 6 filialında, o cümlədən Azərbaycan, Qazaxıstan, Tacikistan filiallarında 3 min tələbə təhsil alır. O vurğulayıb ki, filialların işini respublikaların prezidentləri şəxsən nəzarətdə saxlayırlar. Universitetin filiallarının məzunları MDU-nun diplomunu alır və öz respublikalarında qalıb işləyirlər: “Ümid edirik ki, biz dostlarımızı hazırlayırıq”, - deyə rektor bildirib.

V.Sadovniçi qeyd edib ki, MDU-nun Çində, Sloveniyada filialları açılacaq. Universitetin İranla sıx əlaqələrinin olduğunu deyən rektor bildirib ki, bu ölkə ilə 37 saziş imzalanıb, bir neçə Lomonosov mərkəzi açılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.