SİYASƏT


Moskva: MDB PA-nın müşahidəçisi seçki məntəqəsində yaradılmış şəraitlə maraqlanıb VİDEO

A+ A

Moskva, 26 sentyabr, AZƏRTAC

Saat 12.00-a olan məlumata görə, 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Rusiyadakı səfirliyində fəaliyyət göstərən 48 saylı seçki məntəqəsində 300-ə yaxın seçici seçki hüququndan istifadə edib.

MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi Sergey Karavayev seçki məntəqəsinə gələrək burada yaradılan şəraitlə maraqlanıb. S.Karavayev AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, məntəqədə səsvermə üçün hər bir şərait yaradılıb. Adları seçici siyahılarında olan Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərlə bağlı fikirlərini sərbəst ifadə edə bilirlər. Səsvermə qaydalarına tam riayət olunur. Rusiyada iş günü olmasına baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu məntəqədə səs verib.

Səs verməyə gələnlər arasında gənclər çoxluq təşkil edir. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Ümumrusiya Azərbaycan Konqresinin üzvləri Rusiyanın bir çox guşələrindən səsvermədə iştirak etmək üçün Moskvaya gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.