DÜNYA
Moskva Prokurorluğu təxirə salınmış reyslərin sərnişinlərinin hüquqlarının qorunmasına nəzarəti gücləndirir
Moskva, 16 yanvar, AZƏRTAC
Hava və Su Nəqliyyatında Qanunların Yerinə Yetirilməsinə Nəzarət üzrə Moskva Prokurorluğu Rusiya paytaxtının hava limanlarında son vaxtlar aviareyslərin ləğv edilməsi və təxirə salınması ilə əlaqədar sərnişinlərin hüquqlarının qorunmasına nəzarəti gücləndirir.
Prokurorluğun saytında bildirilir ki, sərnişinlərin hüquqlarının qorunması üçün lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, son günlər hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında xeyli reys təxirə salınıb və ya tamamilə ləğv edilib. Təkcə bu gün Şeremetyevo aeroportunda 7 reys təxirə salınıb, 23-ü ləğv edilib. Domodedovoda 11 marşrutla uçan təyyarə göyə vaxtından gec qalxıb, 7 reys isə ləğv edilib. Vnukovoda da 1 reys ləğv olunub.
Nəqliyyat prokurorluğu yanvarın 13-də “Aeroflot” aviaşirkətinin 128 reysi ləğv etməsi ilə bağlı yoxlama aparıb. Yoxlamanın nəticələrinə görə, inzibati hüquq pozuntuları ilə bağlı cinayət işi açılıb.
Sinoptiklər yanvarın 14-15-də Moskvada hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva