DÜNYA


Moskva aeroportlarında 20-dən çox reys ləğv edilib

A+ A

Moskva, 27 oktyabr, AZƏRTAC

Moskva hava limanlarında hava şəraitinin pisləşməsi üzündən 20-dən çox aviareys ləğv edilib, daha 13 reys təxirə salınıb.

“Yandeks” axtarış sisteminin “Aviareyslərin uçuş cədvəli” xidmətinin məlumatına görə, Vnukovo hava limanında bir, Domodedovo aeroportunda isə 11 reys ləğv edilib, 7 reys təxirə salınıb. Şeremetyevo hava limanı da 6 reysi təxirə salıb, daha 11 istiqamətə uçuş ləğv edilib.

Qeyd edək ki, Bir gün əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və ətraf rayonlarda hava şəraitinin pisləşəcəyi, qar yağacağı, yolların buz bağlayacağı barədə xəbərdarlıq etmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.